“Keşlə“nin baş məşqçisi Tərlan Əhmədov bugünlərdə mətbuata verdiyi açıqlamada klubdakı gələcəyi ilə bağlı bəzi üstüörtülü mesajlar verdi.
O, mövsümün sonunda paytaxt təmsilçisindən ayrıla biləcəyini qeyd edib.
SİTAT: “Avrokubokdan daha vacib məqamlar var. Həm də heç bəlkə komanda Avropa Liqasına gedəndə mən olmayacam. Mənim də mayın 31-də müqaviləm bitir. Heç bəlkə rəhbərlik mənimlə yola davam etmək istəmədi? “Neftçi”ylə də qitə yarışlarına vəsiqə qazandım, işimə davam etmədim, dünya dağılmadı ki… Bu, rəhbərliyin işidir. Mən öz müqavilə müddətimi xatırlatdım, indi heç o barədə düşünmürəm, daha vacib işlər var“.
Əhmədovun bu cür ikibaşlı danışması hansısa gizli mətləblərdən xəbər vermirmi? Əlbəttə, bu, belədir. Bilir ki, düşərgədə ən sevilməyən personadır.
Hamının zəhləsini töküb və «ASK Arena»da onu görənlərin əksəriyyəti tez yolunu dəyişir. Burada işinə qarışmadığı işçi qalmayıb. Akademiyada çalışanlardan tutmuş ta yeməkxanada aşpazlıq edənlərə kimi.
Day futbolçulardan söz etməyə dəyməz. Bir-iki nəfər istisna olmaqla, digərləri Əhmədovun göndərilməsini arzulayır. Hərəni bir səbəbdən özündən incik salıb.
Bunca qalmaqal yox yerdən yaranmır ki… O. hətta öz köməkçiləriylə də yola getmir. Rəşad Sadiqov, Vadar Nuriyev və Zaur İsmayılovun ondan nə çəkdiyini bir Allah bilir, bir də özləri.
Soruşmaq haqqınız var ki, bəs komanda turnir cədvəlinin 3-cü pilləsinə necə yüksələ bilib? Təbii, Zaur Axundovun sayəsində. Müşahidə Şurasının sədri sözün hər iki mənasında komandaya qayğı və diqqət göstərir.
Futbolçuların elə bir çətinliyi olmur ki, Axundov maraqlanmasın, köməklik göstərməsin. Hər problemitn həllində yanlarındadır. Burada əsas amillərdən biri də maddi dəstəkdir.
«Keşlə» AFFA vasitəsilə maliyyələşən yeganə klubdur ki. koronavirus pandemiyasının mövcud olduğu bu aylar ərzində maliyyə sıxıntısı ilə üzləşməyib. MŞ sədri bu sınaqdan da üzüağ çıxıb və kollekitivi ikiqat sevindirib.
Aydın məsələdir, futbolçuar rəhbər şəxsin bu jestlərinə biganə qala bilməz və qalmırlar. Sırf Axundova və onun belə təqdirəlayiq addımlarına görə medallar uğrunda mücadiləni davam eitdirirlər.
Tərlan Əhmədovun özünə qalsaydı, «Keşlə» yenə ötən sezondakı kimi turnir cədvəlinin «zirzəmi»sinə «dəmir atmışdı». O, indi özünü «Danabaş kəndinin əhvalatları»ndakı personajlardan Novruzəli kimi aparsa da, şübhəsiz, əsl həqiqətin nədən ibarət olmasından, «Keşlə» ailəsində sevilməməsindən xəbərdardır.
Ondan da məlumatlıdır ki, rəhbərlik baş verən neqativ hadisələrin çoxluğundan yorulub və bezib. Komanda avrokuboklara vəsiqə qazansa və onunla müqavilə yenilənsə belə, bu, əməkdaşlığın uzunömürlü olmasını qarantiya altına almayacaq.
Hər nağılın bir əvvəli olduğu kimi, bir sonu da var. Klubun başında dayanlar zamanla görüb ki, Əhmədovun dili bir söz deyir, əməli başqa. Axı ona vaxtında xəbərdar etmişdilər:
«Səni çox yerdə istəmirlər. AFFA-dan, SOCAR-dan bizə deyiblər ki, Tərlan Əhmədovdan ehtiyatlı olun. Haqqında heç də yaxşı danışmırlar. Ümumiyyətlə, çox təzyiqlə üzləşdik. Ancaq biz yenə sənə inandıq, gətirdik, burada işləməyinə nail olduq. Elə et ki, bundan sonra bizə «gördüz, Tərlan Əhmədov belə adamdır» deməsinlər».
Deməyiblərmi? Deyiblər artıq…
Köməkçisi Mehman Babayevlə adminstator Asif Səfərov AFFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılması ən ciddi siqnal idi. «Keşlə» rəhbərliyi hələ cari ilin əvvəlində alıb bu mesajı…
SPORTİNFO.AZ

