Azərbaycan klubunun baş məşqçisi 70 yaşında ata olacaq - VİDEO

14 May 2020 09:28 Şamaxı 1 017
Azərbaycan klubunun baş məşqçisi 70 yaşında ata olacaq - VİDEO

"İnter"in (hazırkı "Keşlə") sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 70 yaşında ata olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə ötənlərin tanınmış futbolçusunun özündən iki dəfə kiçik olan həyat yoldaşı Mariya şəxsi "Instagram" səhifəsində paylaşım edib.

O, hamilə qaldığına işarə edərək, "Həyatımda ilk dəfə belə ideal pres yığmışam" yazıb. Cütlük münasibətlərini 2017-ci ildə qanuniləşdirib. Onlar hətta Kiyev kilsələrindən birində nikah da bağlayıblar.

Konkov "İnter"də 2004 - 2006-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı"ya uduzub - 1:2. 2012 - 2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır