COP29

ŞOK! Bölgə klubunda çempion olan baş məşqçi ilə yollar ayrılır?

28 May 23:40 Şamaxı 3 432
ŞOK! Bölgə klubunda çempion olan baş məşqçi ilə yollar ayrılır?

"Şamaxı" bir illik fasilədən sonra Premyer Liqaya qayıtmağı bacardı.

Birinci Liqanın çempionu buna görə ilk növbədə Ramiz Məmmədova minnətdar olmalıdır.

Axı məhz o, 9-cu turda batmağa doğru gedən gəminin sükanı arxasında keçdi və sonda da onu xilas etdi.

Amma nədənsə bölgə klubunda Məmmədova qarşı münasibət birmənalı deyil.

Komanda daxilindən əldə etdiyimiz məlumata görə, klub rəsmiləri onunla yolları davam etdirməkdə o qədər də maraqlı deyil.

Klub başbilənləri qarışıq fikirlərə düşüb.

Onlarda çempion olan məşqçini yola salmaq barədə düşüncə hakim kəsilib.

Sadəcə əməldə bunu icra etməyə cürət çatmır.

Axı çempion olan, səni böyük fiaskodan xilas edən bir məşqçinin önünə çıxıb, necə deyəsən ki, səninlə yolları davam etdirmək istəmirik.

İctimai qınaq qaçınılmazdır.

Hazırkı məqamda "Şamaxı"nın Məmmədovla davam etmək şansları 50/50-yə qiymətləndirilir.

Klub daxilində məşvərət isə davam edir.

Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"