Premyer Liqanı tərk edən klubda ŞOK AYRILIQ! – SON DƏQİQƏ

3 İyun 09:40 Şamaxı 5 046
Premyer Liqanı tərk edən klubda ŞOK AYRILIQ! – SON DƏQİQƏ

Premyer Liqada mövsümü sonuncu pillədə başa vuran «Şamaxı»da ab-hava gərgindir.

Böyük uğursuzluq rəsmilərlə Cavid Hüseynovu üz-üzə gətirib.

Tərəflər arasında fikir ayrılığı sonuncunun komandanın sükanı arxasını tərk etməsiylə nəticələnib.

Ötən ilin yayında görəvə gələn və de-fakto baş məşqçi səlahiyyətlərini yerinə yetirən Hüseynov artıq buradan uzaqlaşıb.

AFFA «Şamaxı»nı yenidən Premyer Liqaya qaytarsa belə, o, əyalət klubunda işləməyəcək. Çünki gənc mütəxəssis idarəçilərdən çox narazıdır və onlarla çiyin-çiyinə çalışmağı artıq ağlının ucundan da keçirmir.

Odur ki, üçillik əməkdaşlıq planı qarşıdakı 2 ildə həyata keçməyəcək. Və layihəni təkrar gözdən keçirmək məcburiyyəti yaranıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu