“Ondan başqa, bu iki futbolçu da milliyə çağırıla bilər”

1 Aprel 2023 14:40 Şamaxı 520
“Ondan başqa, bu iki futbolçu da milliyə çağırıla bilər”

“İstəyərəm ki, bir yox, daha çox oyunçumuz milliyə dəvət alsın”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nun yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Uzun illər yığmanın şərəfini qorumuş orta sahə oyunçusu bildirib ki, sırf yerlilərdən ibarət komandaları baxımlı və mübariz oyunuyla diqqət çəksə də, yalnız bir futbolçuları milliyə dəvət alır:

"Bu mübarizəni çempionatın sonuna kimi davam etdirməyə çalışacağıq.

Mənə görə, Cəlal Hüseynovla yanaşı, Rəşad Əzizli və Fuad Bayramov da Avropa çempionatının seçmə mərhələsinin ilk iki oyunu üçün milliyə çağırıla bilərdi”.

Digər Xəbərlər
Xəbər Lenti