
“Şamaxı”nı çalışdıran Cavid Hüseynov məşqçi korpusunda daha bir yenilik etmək niyyətindədir.
Yaxınlarda öz “dəstə“sinə analitik götürən gənc çalışdırıcı fiziki hazırlıq üzrə yardımçı axtarır.
O, bu məqsədlə xarici mütəxəssislər arasında seçim etməyə başlayıb.
“Şamaxı”da son olaraq bu işi Miloş Yevtiç görüb.
Şəxsi problemlərinin yarandığını bildirərək, ötən ilin payızında Azərbaycandan gedən serbiyalı hazırda fəaliyyətini Qazaxıstanda davam etdirir. O, «Aktobe»də Kaxaber Sxadadzenin köməkçisi təyin olunub.
Yevtiç əvvəllər də respublikamızda çalışıb. O, ilk dəfə 2008-ci ildə Azərbaycana gəlib, “İnter”də (indiki “Şamaxı”) Sxadadzenin yardımçısı postunu tutub.
Cavid Hüseynov onu elə həmin vaxt formasını geyindiyi “İnter”dən tanıyıb.
SPORTİNFO.AZ