Bu sözləri Azərbaycanda oynayan ulduz haqda dedilər

27 Aprel 2020 20:20 Səbail 800
Bu sözləri Azərbaycanda oynayan ulduz haqda dedilər

Qana millisinin sabiq futbolçusu Derek Boatenq hazırda "Səbail"in formasını geyinən həmyerlisi Maykl Essyen barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi vaxtilə çiyin-çiyinə çıxış etdiyi Essyenin ünvanına tərif yağdırıb.

Boatenq "Çelsi" əfsanəsini Afrika futbol tarixinin ən yaxşılarından biri hesab edir: "Essyeni bütün dövrlərin ən böyük Afrika futbolçuları arasında qiymətləndirərdim. Afrikanın simvolik "11-liy"ini desək, Maykl mütləq orda yer alacaq.

O, əla futbolçudur. Qana üçün çox işlər görüb. Çox yaxşı insandır və ona görə sevinirəm. Essyenə böyük hörmətim var, onunla dost olaraq qalırıq".

2001-2013-cü Qana millisinin formasını geyinmiş Derek Boatenq 2017-ci ildə karyerasını başa vurub.

Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da