Almeyda “Qarabağ“da olanda menecerlik də edirmiş… - FOTO

24 Aprel 2020 17:00 Səbail 753
Almeyda “Qarabağ“da olanda menecerlik də edirmiş… - FOTO

Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın dostu Fernando Luiz de Sa Junior ilə bağlı maraqlı məlumat əldə etmişik.

Hazırda BƏƏ-də “Baniyas”ın şərəfini qoruyan Almeyda həmyerlisinin Premyer Liqamızda çıxış etməsinə çalışıb.

“Qarabağ“da yaranan əlaqələrindən yararlanan “sambaçı“ onu bir nəçə komandaya baxışa yollayıb. Fernando son olaraq ötən ilin noyabr-dekabr aylarında “Səbail“in düşərgəsində yer alıb.

Bir neçə gün yoxlanışda qalan 32 yaşlı hücumçu özünü yaxşı tərəfdən göstərə bilmədiyindən, geri qaytarılıb. Almeyda onun könlünü başqa cür alıb.

O, ötən il noyabrın 16-da “Bakcell Arena”da keçirilən Azərbaycan – Uels (0:2) oyununda 90 dəqiqə geyindiyi formanı dostuna bağışlayıb.

Hazırda Antalyada yaşayan Fernando Sa isə hədiyyənin fotosunu “Instagram”ın “Story” bölməsində paylaşaraq, bu sözləri yazıb: “Bu gün fanatı olduğum dostumun hədiyyəsindən istifadə etmək günüdür”.

Onun “Instagram” səhifəsində paylaşdığı fotoya isə Riçard Almeyda “alqışlar” işarəsi qoyub. Fernando Sa oktyabr-dekabr aylarında Bakıda olub və Azərbaycan – Uels görüşünü stadiondan izləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti