
“Səbail” milli komandaların seçmə oyunları ilə əlaqədar daxili yarışlarda yaranan fasilə dövründə yoxlama oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, “dənizçilər” “Sabah”ın U-19 komandası ilə gücünü sınayacağını bildirib.
Oyun oktyabrın 9-da “ASCO Arena”da keçiriləcək və saat 12:00-da başlayacaq.
Elvin Məmmədovun baş məşqçisi olduğu “Səbail” I Liqada 4 turdan sonra 10 xalla 2-ci yerdə qərarlaşıb və lider “Şəfa”dan 2 xal geri qalır.
İlk üç turda maksimum nəticə əldə edən komanda yalnız son turda “Şimal”ın müqavimətini qıra bilməyib (0:0).
“Səbail”in 5-ci turdakı rəqibi “Zaqatala” olacaq. 15 oktyabrda “ASCO Arena”da baş tutacaq görüş 16:00-da başlayacaq.