Azərbaycan millisinin sabiq müdafiəçisi Təmkin Xəlilzadə Türkiyəni təmsil edən “Volves” minifutbol klubu ilə əməkdaşlığını başa vurub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi “Instagram” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Təmkin Xəlilzadə ilə müqavilənin müddəti başa çatıb. O, “Golazo 3” çempionluğu(Türkiyədə keçirilən yeni nəsil futbol/minifutbol turniri – red) qazanan heyətin üzvlərindən biri olub.
“Volves” verdiyi töhfələrə görə ona təşəkkür edir, karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Təmkin!” - deyə, klubun paylaşımında qeyd olunub.

