İsrail çempionatında yeni mövsümə start verilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şimona” səfərdə “Makkabi”nin (Petah-Tikva) qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Abdullazadə matça start heyətində başlayıb və 67-ci dəqiqədə əvəzlənib.
