Azərbaycanın qadınlardan ibarət voleybol millisi Bakıda keçirilən Avropa çempionatında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin komandası C qrupunun 2-ci turunda İspaniya yığması ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçiriləcən oyun Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:0 (25:16, 25:22, 25:14).
Qrupun digər matçında isə Portuqaliya və Belçika yığmaları üz-üzə gəlib. Belçika yığması görüşdən 3:0 (25:16, 25:21, 25:11) hesablı qalibiyyətlə ayrılıb.
İlk turda Portuqaliyaya qalib gələn (3:1) Azərbaycan millisi 6 xalla qrup lideridir. C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
