Millimizin sabiq oyunçusu "Səbail"də işə başladı

17 Noyabr 2023 17:00 Səbail 969
Millimizin sabiq oyunçusu "Səbail"də işə başladı

Yayda peşəkar futbolçu karyerasın başa vuran Elvin Məmmədov gələcəyi ilə bağlı qərarın verib.

O, bundan sonra məşqçi kimi Azərbaycan futboluna xidmət etməyə çalışacaq.

Artıq tanınmış simanın yeni iş yeri də məlumdur.

Belə ki, 35 yaşlı yarımmüdafiəçi məşqçilik karyerasına “Səbail”də start verib.

Ona Bayıl təmsilçisinin U-15 kollektivi həvalə olunub.

Elvin ötən mövsümü “Şamaxı”nın heyətində keçirib.

“Turan”ın yetirməsi karyerası ərzində “İnter”(indiki “Şamaxı”), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib. O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti