Paytaxt klubu axtardığı əcnəbi müdafiəçni Niderlandda tapdı

17 Yanvar 2023 23:40 Səbail 951
Paytaxt klubu axtardığı əcnəbi müdafiəçni Niderlandda tapdı

"Səbail"in danışıq apardığı mərkəz müdafiəçisinin kimliyi məlum olub.

Paytaxt klubu niderlandlı an De Paverti heyətinə qatmağı hədəfə alıb.

31 yaşlı mərkəz müdafiəçisi hazırda yerli "Roda" klubunda çıxış edir.

Müdafiənin sol cinahında da oynamağı bacaran Paverti karyerası ərzində 361 oyunda 21 qol və 13 asistlə yadda qalıb.

O, "Roda"ya kimi "Zvolle", Nijmegen" və "Graafshap" komandalarının şərəfin qoruyub.

Arxa xətt oyunçusu bu mövsüm 17 görüşdə bir qolla yadda qalıb.

Bayıl təmsilçisi mövsümün sonuna kimi hazırkı klubu ilə müqaviləsi olan niderlandlını pulsuz heyətinə qatmağa çalışır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti