“Palmeyras”ın yarımmüdafiəçisi Allan “Mançester Siti”yə keçməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transferlə bağlı tərəflər artıq razılığa gəlib.
“Palmeyras” 22 yaşlı futbolçunun 40 milyon avroya satılmasını təsdiqləyib.
“Mançester Siti” Premyer Liqanın yeni mövsümündə ilk oyununda “Bornmut”u 2:1 hesabı ilə məğlub edib. Komanda növbəti matçını avqustun 28-də, səfərdə “Kristal Pelas”a qarşı keçirəcək.
