Bu gün Çempionlar Liqasında 3 oyun - Pley-off gecəsi

25 Avqust 20:40 Çempionlar Liqası 777
Bu gün Çempionlar Liqasında 3 oyun - Pley-off gecəsi

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Azərbaycan təmsilçisi “Sabah” Bakıda “Hapoel”i (Beer-Şeva) qəbul edəcək. İlk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlib.

Digər matçlarda LASK “Seltik”lə, “Budo-Qlimt” isə “Neymegen”lə üz-üzə gələcək. “Seltik” ilk oyunda 3:0, Norveç təmsilçisi isə 3:1 hesabı ilə qələbə qazanıb.

25 avqust

20:45. “Sabah” (Azərbaycan)– “Hapoel” (Beer-Şeva, İsrail)
İlk oyun – 1:2

23:00. LASK (Avstriya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:3

23:00. “Budo-Qlimt” (Norveç) – “Neymegen” (Niderland)
İlk oyun – 3:1

26 avqust

23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan)
İlk oyun – 0:0

23:00. “Vikinq” (Norveç) – “Dinamo” Zaqreb (Xorvatiya)
İlk oyun – 2:2

23:00. “Tselye” (Sloveniya) – “Slovan” Bratislava (Slovakiya)
İlk oyun – 1:1

23:00. “Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 1:1

Cütlərin qalibləri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada