Bu əcnəbi də “Neftçi”dən göndərilir? - SON DƏQİQƏ

18:00 Neftçi 334
Bu əcnəbi də “Neftçi”dən göndərilir? - SON DƏQİQƏ

Bassala Sambunun “Neftçi”dən ayrılacağı ilə bağlı söz-söhbət səngimək bilmir.

Buna səbəb ingiltərəli hücumçunun Konfrans Liqasında az şans qazanması, Premyer Liqanın 2 turunda kənarda qalmasıdır.

Vəziyyətin bu cür olması azarkeşlərdə Sambunun baş məşqçi Yuri Vernidubun planlarına daxil olmaması fikrini yaradıb.

Bassalanın oynamaması zədə ilə bağlıdır. Hazırda zədəsinin müalicəsi ilə məşğul olan “97 nömrə”nin kənarda qalmasının əsas və yeganə səbəbi budur.

28 yaşlı ingilitərəli forvard sabahdan etibarən kollektiv çalışmalara başlayacaq. “Zirə” ilə 3-cü tur qarşılaşmasında Sambunun adının iştirak ərizəsinə salınmaq ehtimalı yüksəkdir.

Ötən mövsüm 29 oyunda 11 qol vurub 2 məhsuldar ötürmənin müəllifi olan səbəbkar cari mövsümdə qol hesabını açmayıb.

HƏBİB / SPORTİNDO.AZ

Digər Xəbərlər
Xəbər Lenti