Azərbaycan futbolunda nəticələr öncədən müəyyənləşir...
Bundan sonra bunu kim desə, qınamağa dəyməz.
Tovuzda başverənlər belə düşünməyə əsas verir.
Premyer Liqanın ikinci turunun "Şamax" ilə görüşündə "Turan"ın təmiz qolu sayılmadı.
Niyə, nə üçün ? Cavab vermək çətindir.
VAR-ın olduğu, texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə bu qədər təmiz qol qeydə alınmırsa, hər hansı bir azarkeşi kimsə liqanın şəfaf keçməsinə inandıra bilməz.
Referilər bunun fərqinə varmalıdır.
Nə qədər böyük məsuliyyət daşıdıqlarını anlamalıdırlar.
Bir qərarları min problemə yol açır.
Görülən bütün işlərə kölgə salır.
Bir adamın bir qərarına görə klublar, azarkeşlər, liqa bu qədər ağır zərbə almalı deyil.
XANOĞLAN/ SPORTİNFO.AZ
