“Roma”nın “İnter”in vingeri Luis Enrike Limanı transfer etmək cəhdi baş tutmayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl klubların 24 yaşlı futbolçunun transferi ilə bağlı bonuslar nəzərə alınmaqla 30 milyon avro qarşılığında razılığa gəldiyi bildirilmişdi.
Ancaq oyunçu özü keçidə razılıq verməmişdi.
Məlumata görə, tərəflər razılığa gəlməyə yaxın olmayıb. Bu səbəbdən, “Roma” artıq Enrikenin transferini real variant hesab etmir.
“İnter” braziliyalı futbolçunun ayrılmasına razılıq verməyə hazır olsa da, Luis Enrike keçidin şərtləri ilə bağlı razılığa gələ bilməyib.
