Bu gün Bakı metrosu saat 01:00 işləyəcək - “Sabah”a görə

17:20 Gündəm 86
Bu gün Bakı metrosu saat 01:00 işləyəcək - “Sabah”a görə

Bu axşam "Sabah"ın Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Sportinfo.az xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Qeyd olunub ki, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. ”Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək. Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti