Yeni baş məşqçi rəhbərliyin "daha 2 transfer" təklifini qəbul etmədi

17 Yanvar 2023 11:40 Səbail 860
Yeni baş məşqçi rəhbərliyin "daha 2 transfer" təklifini qəbul etmədi

Qvineya Bisau yığmasının hücumçusu David Qomisi transfer edən «Səbail» daha bir legioner axtarışı içindədir.

Baş məşqçi Şahin Diniyev mərkəz müdafiəçisi mövqeyinə namizədləri gözdən keçirir.

Yeni çalışdırıcının cəmi 2 futbolçu ilə kifayətlənmək istəməsi klub rəhbərliyini təəccübləndirib. Yönətim üzvləri onunla bu barədə müzakirə açaraq, əlavə olaraq iki legioner almağa pul ayıracaqlarını bildirblər.

Komandanın ölkə kubokunda yarımfinala vəsiqə qazanmasını və bu yolla avrokuboklara getmək şansının yüksək olmasını xatırladan rəsmilər heyətin daha da güclənməsinə ehtiyac duyulduğunu onun diqqətinə çatdırıb.

Diniyev isə buna ehtiyac görmədiyini vurğulayıb.

Baş məşqçi postunda Mahmud Qurbanovu əvəzləmiş çalışdırıcı qeyd edib ki, düşərgədə yer alan futbolçuların sayı yetərlidir və transferlərə yeni büdcə ayırmaq mənasızdır.

O, problem kimi oyunçuların psixoloji durumunu ön plana çəkib və deyib ki, bu problemi aradan qaldırsalar, qarşıya qoyulan məqsədə çatmaq mümkündür.

Məqsəd isə budur: komandanı Premyer Liqada saxlamaq və ölkə kubokunda finala qalmaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti