“Səbail” Türkiyəni “Spartak”a məğlubiyyətlə tərk edir

16 Yanvar 2023 17:40 Səbail 762
“Səbail” Türkiyəni “Spartak”a məğlubiyyətlə tərk edir

“Səbail” Türkiyədə keçirdiyi təlim-məşq toplanışındakı son oyununda məğlub olub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın autsayderi Serbiya təmsilçisi “Spartak”a yenilib.

Serbiyalıların ilk dəqiqələrdə vurduqları qol qarşılaşmada yeganə olub. Nəticədə Şahin Diniyevin kollektivi meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Beləliklə, “Səbail” avqustun 3-də yollandığı Antalya hazırlığını tamamlayıb.

Orada olduğu müddətdə “Legiya” (Polşa – 2:2) və “Bohemians”la (Çexiya – 0:0) heç-heçə edən qəsəbə təmsilçisi yanvarın 17-də Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti