Diviziona "sürgün" olunmuşdu, Premyer Liqada bu kluba keçdi

15 Yanvar 2023 19:20 Səbail 965
Diviziona "sürgün" olunmuşdu, Premyer Liqada bu kluba keçdi

"Şamaxı" növbəti transferi reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Əli Səmədov 1 il bölgə təmsilçisinin formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçunun son klubu "Kəpəz" olub. O, bir neçə ay əvvəl baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

"Şamaxı" daha öncə hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti