Liqa 2-dən gələn hücumçu Bakıda hər ay 8000 dollar qazanacaq

15 Yanvar 2023 17:40 Səbail 1 875
Liqa 2-dən gələn hücumçu Bakıda hər ay 8000 dollar qazanacaq

"Səbail" dünən David Qomislə münasibətlərini rəsmiləşdirdi.

Bayıl təmsilçisi Qvineya-Bisau millsinin hücumçusu ilə 1 illik müqavilə bağladı.

"Dənizçilər" yeni legionerinə aylıq 8000 dollar ödəyəcək.

Forvard 2 ildir dəvət aldığı ölkəsinin əsas komandasında hələlik 1 oyun keçirib.

O, son olaraq Fransa Liqa 2-də çıxış edən "Pau"nun şərəfini qoruyub. Dünyaya gələn və yaşadığı dövlətin vətəndaşlığını da daşıyan Qomis “Səbail”ə azad agent statusu ilə gəlib..

30 yaşlı ön xətt oyunçusu peşəkar kayrerasına 2011-ci ildə «Tulon»da başlayıb. Növbəti illərdə «Frejus Sent-Rapaël» «Tulon-Le Las», «Qazélek Ayaçço» və «Klermont»un formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti