"Səbail" bir legioneri ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, Fakundo Kardozonun müqaviləsi ləğv olunub.
Argentinalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 27 yaşlı mərkəz müdafiəçisi "Arsenal Sarandi" ilə anlaşıb.
Fakundo Kardozo mövsümün əvvəlində "Səbail"ə keçmişdi. O, Bakı klubunun heyətində 15 matçda meydana çıxıb.

