Diniyevin ilki – Liqa 2-dən gələn hücumçu ilə 1 illik müqavilə

14 Yanvar 2023 17:40 Səbail 673
Diniyevin ilki – Liqa 2-dən gələn hücumçu ilə 1 illik müqavilə

"Səbail" bu gün yeni legionerlə rəsmi “nigah”a girib.

Saytımızın daha öncə xəbər verdiyi kimi, "dənizçilər" David Qomisi heyətinə qatıb.

Bayıl təmsilçisi Qvineya-Bisau millsinin hücumçusu ilə 1 illik müqaviləni rəsmiləşdirib. Forvard 2 ildir dəvət aldığı ölkəsinin əsas komandasında hələlik 1 oyun keçirib.

O, son olaraq Fransa Liqa 2-də çıxış edən "Pau"nun şərəfini qoruyub.

Fransada dünyaya gələn və yaşadığı dövlətin vətəndaşlığını da daşıyan Qomis “Səbail”ə azad agent statusu ilə gəlib..

Afrikalının burada gəliri 10 min dollar həndəvərində təşkil edəcək.

30 yaşlı ön xətt oyunçusu peşəkar kayrerasına 2011-ci ildə «Tulon»da başlayıb. Növbəti illərdə «Frejus Sent-Rapaël» «Tulon-Le Las», «Qazélek Ayaçço» və «Klermont»un formasını geyinib.

O, bir müddət əvvəl Şahin Diniyevi baş məşqçi postuna gətieən “Səbail”in yeni ildə ilk transferidir. “Dənizçilər” ondan qabaq yalnız Adil Nağıyevi icarədə olduğu “Şamaxı”dan geri qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti