“Yəqin ki, bundan sonra bizdən əl çəkər və xeyli irəli gedərik”

13 Yanvar 2023 21:00 Səbail 838
“Yəqin ki, bundan sonra bizdən əl çəkər və xeyli irəli gedərik”

"Komandanı Premyer Liqada saxlayacağımıza inanıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Qoba Zakpa deyib.

Bayıl təmsilçisi Premyer Liqada mövsümün ilk hissəsini zəif keçirib. “Dənizçilər” 18 tur ərzində 10 xal toplayıb və turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Kot d ivuarlı legioner mövsümün ikinci yarısı barədə qarşılarına qoyduqları hədəflərdən söz açıb:

"Düşdüyümüz vəziyyətdən çıxmaq şansımız var. Düşünürəm ki, hamı eyni səmtə getsə, komanda üçün oynasa, istəyimizə çatacağıq.

Bunun üçün yaxşı keyfiyyətimiz var. Mövsümün əvvəlində bir çox oyunlarda bəxtimiz gətirmədi.

Yəqin ki, bundan sonra bəxtsizlik bizdən əl çəkər və qazanacağımız qələbələrlə xeyli irəli gedərik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti