“Biz Azərbaycan komandasından daha üstün idik”

13 Yanvar 2023 14:20 Səbail 1 018
“Biz Azərbaycan komandasından daha üstün idik”

“Azərbaycan komandasından yaxşı oynadıq, topu saxlaya bildik və qol imkanları yaratdıq”.

Sportinfo.az xəbər verir ki, bunu Çexiya “Bohemians”ının məşqçisi İvan Qaşek Türkiyədəki təlim-məşq toplanışında “Səbail”lə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

Baş məşqçinin köməkçisi 0:0 hesabı ilə başa çatan matçı komandasının daha yaxşı keçirdiyini bildirib:

“İlk 25 dəqiqədə ərazi üstünlüyünə malik idik. Sonra oyun bir qədər bərabərləşdi.

Mükəmməl meydançada çıxış etdik və bizim tərəfimizdən uğurlu kombinasiyalar ortaya qoyuldu. Qol vurmaq üçün şanslarımız olsa da, təəssüf ki, onları dəyərləndirə bilmədik. İkinci hissədə də biz daha üstün idik”.

“Səbail” Antalya toplanışında son oyununu yanvarın 16-da Serbiya klubu “Spartak”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti