Azərbaycan klubuna keçmək üçün Fransadan ayrılan forvard imzanı atdı - BİRİLLİK

13 Yanvar 2023 09:40 Səbail 1 631
Azərbaycan klubuna keçmək üçün Fransadan ayrılan forvard imzanı atdı - BİRİLLİK

Yeni ilin ilk transferini gerçəkləşdirən «Səbail»in David Qomislə bağladığı müqavilənin müddəti məlum olub.

Qvineya-Bisau yığmasının hücumçusu 1 il Bayıl təmsilçisinin şərəfini qoruyacaq. O. ən qısa zamanda «dənizçilər»in Antalyadakı düşərgəsində öz yerini alacaq.

Forvard 2 ildir dəvət aldığı ölkəsinin əsas komandasında hələlik 1 oyun keçirib.

Fransada dünyaya gələn və yaşadığı dövlətin vətəndaşlığını da daşıyan Qomis son olaraq «Pau»nun şərəfini qoruyub və «Səbail»ə azad agent statusu ilə gəlib..

30 yaşlı ön xətt oyunçusu peşəkar kayrerasına 2011-ci ildə «Tulon»da başlayıb. Növbəti illərdə «Frejus Sent-Rapaël» «Tulon-Le Las», «Qazélek Ayaçço» və «Klermont»un formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti