Qvineya-Bisau yığmasının forvardı Azərbaycan klubunda

12 Yanvar 2023 13:00 Səbail 56 483
Qvineya-Bisau yığmasının forvardı Azərbaycan klubunda

«Səbail» yeni ilin ilk transferini gerçəkləşdirib.

Şahin Diniyevi baş məşqçi postuna gətirən «dənizçilər» David Qomeslə anlaşıb.

Bayıl təmsilçisinin müqavilə şərtlərini razılaşdırdığı legioner hücumçu mövqeyində çıxış edir. O, Qvineya-Bisau yığmasının üzvüdür.

Forvardı 2 ildir dəvət aldığı ölkəsinin əsas komandasında hələlik 1 oyun keçirib.

Fransada dünyaya gələn və yaşadığı dövlətin vətəndaşlığını da daşıyan Qomis son olaraq «Pau»nun şərəfini qoruyub.

30 yaşlı ön xətt oyunçusu peşəkar kayrerasına 2011-ci ildə «Tulon»da başlayıb. Növbəti illərdə «Frejus Sent-Rapaël» «Tulon-Le Las», «Qazélek Ayaçço» və «Klermont»un formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti