Diniyevin adını eşidən “Səbail”ə gəlmək istəmir

12 Yanvar 2023 15:00 Səbail 1 770
Diniyevin adını eşidən “Səbail”ə gəlmək istəmir

Qış hazırlığını Antalyada davam etdirən “Səbail” növbəti xəbərə üzülüb.

Baş məşqçi Şahin Diniyevin yaxından tanıdığı və vaxtilə “Kəpəz”də sərəncamında top qovduğu Dario Federikonun transferinin baş tutmaması azmış kimi, növbəti namizəd futbolçu da əldən çıxıb.

O, Azərbaycan millisinin və “Traktor”un müdafiəçisi Höccət Haqverdinin keçidində maraqlı olub. Və rəhbərliklə ilk söhbətdəcə bunu diqqətə çatdırıb.

Klubun seleksiya məsələlərinə cavabdehlik daşıyanlar Höccətin karyerasını “Səbail”də davam etdirməsi üçün qollarını çırmaladığı vaxtda onun “Neftçi” ilə danışıq apardığı və “ağ-qaralar”a razılıq verdiyi üzə çıxıb.

Bununla da, Diniyevin xidmətinə ehtiyac duyduğu ikinci futbolçu da əldən çıxıb.

Mamadu Mbodjun gedişindən sonra müdafiənin mərkəzi üçün axtarışlarını davam etdirən “Neftçi”, boşluğu Höccət Haqverdi ilə doldurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti