Sabiq icra başçısının eyniadlı nəvəsi – Arada inciklik olmadı ki?

11 Yanvar 2023 21:00 Səbail 1 296
Sabiq icra başçısının eyniadlı nəvəsi – Arada inciklik olmadı ki?

"Şamaxı" ötən ilin son günündə Adil Nağıyevlə yollarını ayırdı.

27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi.

O, sözləşmə ilə məxsus olduğu "Səbail"ə qayıtdı.

Adil "Şamaxı"da liderlərdən hesab olunurdu. Ayrıldığı üçün arada inciklik olmadı ki?

Abşeronun sabiq icra başçısının eyniadlı nəvəsi Sportinfo.az-ın sualına belə cavab verib:

“Xeyr, rəhbərliklə, məşqçilər heyəti ilə çox gözəl şəkildə ayrıldım. Onlara bir daha təşəkkürümü bildirirəm ki, mənim istəyimi anlayışla qəbul etdilər.

“Şamaxı”da özümü yaxşı tərəfdən göstərə bildim. Meydana çıxdığım oyunlarda əlimdən gələni əsirgəmədim.

“Səbail”ə qayıtmaq istəyimi anlayışla qarşıladılar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti