Almaniyalı legioner problem yaşadı - Azərbaycan komandası ilə oyunda

11 Yanvar 2023 02:00 Səbail 713
Almaniyalı legioner problem yaşadı - Azərbaycan komandası ilə oyunda

"Legiya"nın futbolçusu Makana Baku Türkiyənin Antalya şəhərində "Səbail"ə qarşı keçirilən yoxlama oyununda (2:2) zədələnib.

Sportinfo.az xəbər verir ki, topuğu burxulan almaniyalı hücumameylli yarımmüdafiəçinin komandasının təlim-məşq toplanışı zamanı oynayacağı digər sınaq matçlarını buraxacaq.

25 yaşlı vingerin hansı müddətə sıradan çıxdığı dəqiq bilinmir. Onun vəziyyətinə tibbi müayinədən sonra tam aydınlıq gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti