"Səbail"in legioneri Goba Zakpa Sportinfo.az-a açıqlama verib.
30 yaşlı portuqaliyalı forvard ilk öncə Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində "Legiya" ilə bərabərə (2:2) qaldıqları yoxlama görüşü haqqında danışıb:
"İlk hazırlıq oyunu idi. Yaxşı rəqibə, böyük komandaya qarşı maraqlı oyun göstərdik.
Düzdür, nəsə demək tezdir. Hələ qarşıda çox işimiz var. Amma ilk oyun üçün mübarizəmiz ümidvericidir".
XANOĞLAN / SPORTİNFO.AZ

