Diniyevə üçüncü zərbə

9 Yanvar 2023 20:00 Səbail 1 421
Diniyevə üçüncü zərbə

“Səbail” heyətini gücləndirmək üçün bütün mümkün vasitələri işə salıb.

Baş məşqçi Şahin Diniyev rəhbərlikdən istədiyi mərkəz müdafiəçisi və cinah yarımmüdafiəçisidir.

Yarımmüdafiənin mərkəzində oynamaq bacarığı ilə seçilən də ola bilər.

“Dənizçilər”in ilk iki hədəfi boşa getmişdi. Dario Federikonu Azərbaycana qaytarmaq üçün Tanzaniyə klubuna təzminat ödəmək lazım gəlirdi ki, Bayıl təmsilçisinin əlavə pul verməyə imkanı çatmır.

İkinci hədəf Höccət Haqverdinin razılığını “Neftçi” rəhbərliyi ötən ilin son ayında almışdı. Və artıq “ağ-qaralar” 29 yaşlı müdafiəçi ilə 1,5 illik anlaşıb.

Ümidlər Klesio Bauka idi. Vaxtilə “Qəbələ” ilə “Zirə”nin sıralarında olan təcrübəli vinger hazırda Portuqaliya elitasında mübarizə aparan “Maritimu”nun sıralarındadır.

Lakin burada əsas heyətdə özünə yer edə bilmir. Yaydan qışa qədər 2 oyunda cəmi 58 dəqiqə forma geyinməsi futbolçunun ürəyincə deyil.

Ona görə də karyerasını Azərbaycanın hansısa klubunda davam etdirməyə qarşı deyildi. Danışıqlar davam etsə də, “Maritimu” Bauku “Səbail”ə buraxmağa razılıq verməyib.

Bununla da, Diniyev göz qoyduğu 3-cü futbolçunun keçidi baş tutmayıb.

2019-cu ilin yayında “İstanbulspor”dan “Qəbələ”yə keçən Klesio, 2020-nin yayında bölgə təmsilçisini “Zirə”yə dəyişib. 2021-ci ilin avqustundan “Maritimu”nun sıralarındadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı