“Pulumu verin, gedim” – Premyer Liqa klubu 130 minlik futbolçusunu yola sala bilmir

9 Yanvar 2023 16:40 Səbail 3 309
“Pulumu verin, gedim” – Premyer Liqa klubu 130 minlik futbolçusunu yola sala bilmir

Şahin Diniyevin gəlişindən sonra Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsindən qurtulmağı hədəfləyən “Səbail”də qarşıdakı 5 ay üçün hazırlıqlar davam edir.

Qış fasiləsində iki futbolçu – Emin Zamanov və Fakundo Kardozo ilə yollarını ayıran “dənizçilər” növbəti futbolçunu yola salmaq niyyətindədir.

Diniyev yayda “Səbail”lə 2 illik müqavilə bağlayan və anlaşmasının ümumi məbləği 130 min manat təşkil edən Tural Bayramlının xidmətində maraqlı deyil (birinci il 60 min, ikinci il 70 min manat).

Elə bu səbəbdən də Antalyaya aparılan heyətdə yer almayıb. Ona özünə klub tapmaq, ya da müqaviləni şərtlərini qarşılıqlı razılıq əsasında pozmaq təklif olunub.

Futbolçu təklifə sərt qarşılıq verim: “Heç yerə getmirəm! Pulumu verin, gedim”.

İndiki vəziyyətdə “Səbail”də qazandığı pulu başqa klubda ala bilməyəcəyini başa düşən Bayramlı əvəzedici komandada çıxış etməklə aybaay məvacibini almaqda israrlıdır.

Klub rəhbərliyi yarımmüdafiəçini razı salmaq üçün müxtəlif təkliflər edir. Lakin hələ ki, yekun nəticə hasil olmayıb.

Tural Bayramlı cari mövsümdə “Səbail” formasında meydana çıxdığı 3 oyunda 63 dəqiqə meydanda olub və 2 “qırmızı” ilə “fərqlənib”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti