Mahirin qalmaqalla ayrıldığı Polşa klubu ilə qarşılaşan azərbaycanlılar - FOTOREPORTAJ

9 Yanvar 2023 00:30 Səbail 691
Mahirin qalmaqalla ayrıldığı Polşa klubu ilə qarşılaşan azərbaycanlılar - FOTOREPORTAJ

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “dənizçilər”in rəqibi Varşavanın “Legiya” komandası olub.

“Cornelia Diamomd” kompleksinin meydançasında baş tutan görüş məhsuldar alınıb.

Yekunda “Səbail” Polşa klubu ilə oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Bakı təmsilçisinin heyətində Qustavo de Fransa (8) və Mirabdulla Abbasov (87) fərqlənib.

Bu oyun dekabrın sonunda “Səbail”ə baş məşqçi təyin olunan Şahin Diniyev üçün də əlamətdar olub. O, yeni komandasında qeyri-rəsmi də olsa, debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti