Diniyev birmənalı qarşılanmayan seçimi haqda – Oğlunu niyə yanına götürüb?

8 Yanvar 2023 23:40 Səbail 1 093
Diniyev birmənalı qarşılanmayan seçimi haqda – Oğlunu niyə yanına götürüb?

«Onun məşqçilər korpusunda olması o demək deyil ki, komandanı oyuna hazırlayacaq, yaxud taktika quracaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in yeni baş məşqçisi Şahin Diniyev deyib.

Yaxınlarda Mahmud Qurbanovdan boşalan vəzifəyə gətirilən çalışdırıcı oğlu Kərim Diniyevi özünə köməkçi təyin etməsinin səbəbinə aydınlıq gətirib.

O, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan bu seçimin təsadüfi olmadığını iddia edib:

«Hər məşqçinin öz işi olacaq. Baxıram, məşqçiliyə marağı var, istedadı var. Öyrənir, hər gün nələrisə analiz edir.

Özüylə söhbətdə də hiss edirəm ki, bacarığı var. Gənc futbolçuların inkişafına çalışdığımız kimi, məşqçilərin inkişafına da can yandırmalıyıq.

Yeri gəlmişkən, Kərim məşqçilər üçün təşkil olunan C kateqoriya kurslarında iştirak edib və sınaqdan üzüağ çıxıb.

Artıq kateqoriyaya sahibdir. Fuadla Kərim həm insan, həm də məşqçi kimi mənə lazım olan şəxslərdir».

Digər Xəbərlər
Xəbər Lenti