“Neftçi”nin yetirməsi Polşa klubunda! – Yanvarın 11-də müqavilə bağlayacaq

8 Yanvar 2023 20:40 Səbail 2 444
“Neftçi”nin yetirməsi Polşa klubunda! – Yanvarın 11-də müqavilə bağlayacaq

“Səbail”in futbolçusu Polşaya yollanır.

Ötən ildən “dənizçilər”in sıralarında olan, lakin əsas komandada cəmi 1 oyunda forma geyinmək şansı qazanan 22 yaşlı yarımmüdafiəçi karyerasını Avropada davam etdirəcək.

O, panlar ölkəsinin təmsilçisi “Stomil Olıştın” klubu ilə anlaşıb. Fərəcov yanvarın 11-də Polşaya yola düşüb, ikinci liqa təmsilçisi ilə müqavilə bağlayacaq.

Olıştın təmsilçisi ötən mövsüm birinci dəstədə mübarizə aparıb. Hazırda yer aldığı liqada 19 turdan turdan sonra 33 xal toplamaqla 4-cü pillədə yer alıb.

“Neftçi”nin yetirməsi olan Orxan Fərəcov vaxtilə doğma komandası ilə yanaşı “Şamaxı”nın sıralarında olub. 2021-ci ilin yayından “Səbail”də çıxış edirdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"