"Neftçi"də qalacaq, yoxsa..? - Qurbanov istədi, Diniyev "lazım deyil" dedi

7 Yanvar 2023 19:00 Səbail 2 010
"Neftçi"də qalacaq, yoxsa..? - Qurbanov istədi, Diniyev "lazım deyil" dedi

Mahmud Qurbanovun «Səbail»ə gətirməyə razı saldığı futbolçunun keçidi son anda baş tutmayıb.

«Dənizçilər»in yeni baş məşqçisi Şahin Diniyev Mert Çelikin «Neftçi»dən icarəyə götürülməsinə qarşı çıxıb.

O, mövsümün ilk yarısını demək olar boşa verən müdafiəçinin xidmətinə maraq göstərməyib.

Millinin üzvü hazırda «Neftçi»nin Antalya qafiləsində yer alıb. Ancaq hələ dəqiq bilinmir ki, «ağ-qaralar»ın «Başakşehir»dən birillik icarəyə götürdüyü arxa xətt oyunçusu mövsümün qalan hissəsini də burada keçirəcək, ya yox.

O məlumdur ki, Samir Abasov 2 ilə yaxın müddətdə bərabər çalışdığı Merti indi də «Sumqayıt»a gətirmək istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!