Sərdarın xidmətində maraqlı olan Azərbaycan klubunun adı

6 Yanvar 2023 02:50 Səbail 1 590
Sərdarın xidmətində maraqlı olan Azərbaycan klubunun adı

ÇSKA-nın sabiq üzvü Sərdar Sərdarovun Azərbaycanda oynamaq ehtimalının olması barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində maraqlı olan klublardan biri "Səbail"dir.

Paytaxt klubu "İstra"ya malik olan futbolçunu icarəyə götürmək niyyətindədir.

Çünki onun Xorvatiya klubu ilə 2023-cü il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.

O, son olaraq “Aktobe”də icarə əsasında çıxış edib.

28 yaşlı yarımmüdafiəçi “Anji”, “Krılya Sovetov”, “Slaviya”(Sofiya), “Yenisey”, “Krakoviya”, “Mezekoşevd”, “İnter”(Zapreşiça) klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti