Rəhbər şəxs yaxın qohumunun baş məşqçi təyin olunmasına səs veribmiş...

4 Yanvar 2023 11:40 Səbail 724
Rəhbər şəxs yaxın qohumunun baş məşqçi təyin olunmasına səs veribmiş...

«Səbail»in yeni baş məşqçisi Şahin Diniyevin əsas dəstəkçilərindən birinin kimliyi məlum olub.

Klubun əsas himayədarı – «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədrinin müavini Cəlal Fərəcli onun yaxın qohumudur.

C.Fərəcli bu faktı klubla bağlı keçirilən toplantıda açıqlayıb. O, Diniyevi xeyli müddətdir «dənizçilər»in sükanı arxasında görməyi arzuladığını bildirib.

Mahmud Qurbanovun istefaya getməsinə və Şahin Diniyevin vəzifə başına gəlməsinə səs verənlərdən biri də Rauf Vəliyevin yardımçısı olub.

Cəlal Həsənoğlu oğlu Fərəcli 1967-ci ildə Yardımlı rayonun Lərzan kəndində dünyaya gəlib. 1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də mühasib, iqtisadçı vəzifələrində çalışıb.

1991-1993-cü illərdə N.Nərimanov adına NQÇİ-də baş mühasibin müavini, 1993-1995-ci illərdə “Bulla-Dəniz“ NQÇİ-də baş mühasib, 1995-2008-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsində baş mühasib, İqtisadiyyat və uçot departamentinin rəisi, 2008-2014-cü illərdə “Azneft” İB-in İqtisadiyyat və uçot departamentinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib. İqtisad üzrə fəlsəfə doktorudur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!