Diniyev ikinci futbolçunu da yola saldı

3 Yanvar 2023 22:20 Səbail 1 205
Diniyev ikinci futbolçunu da yola saldı

Şahin Diniyevin gəlişindən sonra “Səbail”də növbəti ayrılıq reallaşıb.

Sportinfo.az xəbər verir ki, “dənizçilər” Fakundo Kardozo ilə yollarını ayırıb. Argentinalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təbii ki, müəyyən məbləğdə təzminat ödəməklə.

Fakundonun Bayıl təmsilçisi ilə sözləşməsinin müddəti yayda başa çatacaqdı.

“Səbail” cənubi amerikalıya qədər karyerasını “Şamaxı”da davam etdirəcək Emin Zamanovla da vidalaşmışdı.

Klubu tərk edəcəyi ehtimal olunan Qustavo de Fransa, Maksim Çex və Kizito Luvaqa isə çempionatın ikinci yarısında da bayıllıların formasını geyinəcək.

Bildirək ki, Diniyevin Mahmud Qurbanovu əvəzləməsindən sonra hələ ki, yalnız Adil Nağıyev icarə əsasında top qovduğu “Şamaxı”dan qaytarılıb. “Dənizçilər”in bu ay daha 1-2 futbolçu ilə güclənəcəyi gözlənilir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti