“Səbail” Antalyaya yollandı, iki nəfər gəlmədi

3 Yanvar 2023 20:40 Səbail 786
“Səbail” Antalyaya yollandı, iki nəfər gəlmədi

Qış fasiləsinə sonuncu pillədə yollanan “Səbail” çempionatın ikinci yarısında rəqiblərinə başağrısı olmağı planlaşdırıb.

Rəhbərliyin baş məşqçi Mahmud Qurbanovu Şahin Diniyevlə əvəzləməsi başbilənlərin istəyini artırıb.

Odur ki, komanda bu gün Antalyaya yola düşüb. Lakin tam tərkibdə yox.

Belə ki, “dənizçilər” Bakıdan Laraya 21 nəfərlik futbolçu heyəti ilə yollanıb. 2 nəfər kollektivə sonradan qoşulacaq ki, baş məşqçiyə bu haqda məlumat verilib.

Fasilə müddətində okeanın o biri tayına yollanan braziliyalı Qustavo de França ilə argentinalı Franko Mazurek qısa müddətdə “Mirakl” otelində olacaq.

Qustavo bu gün axşam saatlarında, Franko isə sabah günortaya qədər komandaya qoşulub, məşqlərdə iştirak edəcək. Bununla da, 23 nəfərlik heyətlə qış təlim-məşq toplanışı tam tərkibdə davam edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!