Qurbanovun bir yerda uzun müddət çalışması üçün lazım olan VACİB DETAL - Nədir o?

3 Yanvar 2023 17:00 Səbail 764
Qurbanovun bir yerda uzun müddət çalışması üçün lazım olan VACİB DETAL - Nədir o?

Mahmud Qurbanovun “Səbail”dən ayrılması gözlənilməz oldu.

Gözlənilməz olduğu kimi, həm də ədalətsiz qərar oldu.

Ki, ən azından onun komandanı ölkə kubokunda yarımfinala yüksəltməsinin qiyməti belə olmamalıydı. Bu barədə əvvəlki yazılarda geniş toxunmuşuq.

Bəs, Qurbanovun karyerasının Bayıl klubunda qısa çəkməsi yalnız ona edilən haqqsızlıq, ədalətsizliklə bağlıdırmı? Təbii ki, xeyr.

Məncə, bunda çalışdırcı özü də az günahkar deyil.

Arxada qalan 6-7 aylıq dönəmdə bəlkə də heyətin 70-80%-i ilə onun münaqişəsi yaşandı. Birini ehtiyat skamiyaya göndərdi, digərini əvəzedici komandaya. Hətta komandadan göndərdikləri də oldu.

Hə, baş məşqçi hər bir hadisəyə haqqlı bir səbəb gətirə bilər. Amma bu da ona bəraət qazandırmayacaq. Çünki baş məşqçi dediyin həm də bir pedaqoq olmalıdır. Müxtəlif dinin, müxtəlif mədəniyyətin, fərqli xasiyyətin sahibi olan futbolçuları ilə ortaq dil tapmalı idi.

Məsələn, Adil Nağıyevlə Aftandil Hacıyev illərdi bir yerdə çalışmışdısa, Şahin Diniyev təyinatından həmən sonra sabiq milli üzvünü heyətə qaytardısa, deməli, yola getmək, anlaşmaq olarmış.

Turan Manafov uzun müddət gənclər millisinə çağırılırsa, Aftandil Hacıyevin sevimli oyunçusu olmağı bacarırsa, Diniyev ilk fürsətdə ona oynamaq sözü verirsə, deməli, bu futbolçu haqqında ancaq pis şeylər düşünmək, bir andaca silib atmaq doğru ola bilməz.

Braziliyalı arxa xətt oyunçusu Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqanın göndərilməsi qərara alınır, amma yeni baş məşqçi rəhbərliyə “qalsınlar” deyir.

Halbuki bu futbolçuları Qurbanov özü şəxsən komandaya gətirib. Düzdü, mövsümün ikinci yarısı qərarın nə dərəcədə doğru və ya yalnış olduğunu göstərəcək.

Amma arxada qalan matçlar göstərdi ki, adıçəkilən legionerlər “Səbail” üçün heç də pis oyunçular deyil. Şahin müəllimin onları saxlamaq qərarının arxasında da bu dayanır.

Yəni, futbolçunu ilk andaca “silmək” yox, ona sahib çıxmaq lazımdır. Hə, mövsümün gedişində 1-2 belə futbolçunun olması normaldı. Ancaq kütləvi formada əsla və əsla olmaz/olmamamalıdır.

Mahmud Qurbanov buna getdi və acısını çəkdi. Yəqin ki, gələcək karyerası üçün yaxşı təcrübə və dərs çıxarmış oldu. Arxada qalan qısa müddət

Onun bir baş məşqçi kimi yaxşı cəhətlərinin olmasını da dəfərlərlə gördük. Güclü xarakteri, oyuna müdaxiləsi, rəqibləri analiz etməsi və.s kimi.

Əgər işsiz qaldığı günlər “Səbail” karyerasında yol verdiyi səhvləri də doğru analiz edib, dərs çıxara bilsə, gələcəkdə hələ uzun müddət futbolumuza xidmət edəcək bir baş məşqçiyə çevrilə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"