Baş məşqçi özünə köməkçi təyin etdiyi oğluna nə qədər maaş yazdı?

3 Yanvar 2023 14:00 Səbail 1 447
Baş məşqçi özünə köməkçi təyin etdiyi oğluna nə qədər maaş yazdı?

«Səbail»in yeni baş məşqçisi Şahin Diniyevin özünə köməkçi təyin etdiyi oğlu Kərim Diniyevə kəsdiyi maaşın məbləği məlum olub.

Futbolçu karyerasını ötən il başa vuran Kərim hər ay Bayıl təmsilçisindən 2500 manat maaş alacaq.

«Dənizçilər»lə ilyarımlıq müqavilə imzalayan çalışdırıcının yaxın dostu Arif Əsədovun oğlu Fuad Əsədovu da bura gətirməsini bilirsiz.

Son bir neçə ili aşağı yaş qrupları üzrə yığmalarda keçirmiş F.Əsədov burada da qapıçılarla işləyəcək və Kərimlə eyni məbləğdə aylıq pul qazanacaq.

Diniyevin digər köməkçiləri – Azər Məmmədovla Elmir Xankişiyevin məvacibi isə bu cütlükdən bir qədər çoxdur – 3000 manat.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti