Şahin Diniyev sevimli legionerini Tanzaniyadan Bakıya gətirdi

3 Yanvar 2023 10:40 Səbail 3 328
Şahin Diniyev sevimli legionerini Tanzaniyadan Bakıya gətirdi

"Səbail"Azərbaycanda iki klubun formasını geyinmiş legionerin xidmətinə ehtiyac duyub.

"Kəpəz" və "Neftçi"nin şərəfini qorumuuş Dario Frederikonun yeni klubu bəlli olub.

32 yaşlı braziliyalı Bayıl təmsilçisi ilə 1,5 illik müqavilə şərtlərini razılaşdırıb.

"Dənizçilər"in cənubi amerikalıyla anlaşması təəccüb doğurmamalıdır. Dario məhz Şahin Diniyevin vaxtında "Kəpəz"də çıxış edib.

2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinən və 40 oyunda 5 qol vuran "sambaçı" buradan ayrılandan sonra Litvaya üz tutub, qısa müddət "Riqa"nın uğurları üçün çalışıb.

Daha sonra Vyetnama yollanıb, "Hoşmin"lə anlaşıb. Ötən mövsümü isə Tanzaniyada keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti