Yeni baş məşqçidən TƏLƏB: Komandanı Premyer Liqada saxla, finala çıx

1 Yanvar 2023 10:40 Səbail 1 063
Yeni baş məşqçidən TƏLƏB: Komandanı Premyer Liqada saxla, finala çıx

«Səbail» rəhbərliyinin Şahin Diniyevin qarşısında qoyduğu məqsəd bilinib.

Komandanı Mahmud Qurbanovdan təhvil alan yeni baş məşqçi «dənizçilər»i Premyer Liqada saxlamalıdır.

18 tura 10 xal toplayan Bayıl təmsilçisi ili turnir cədvəlinin son pilləsində başa vurub. Çempionatdan fərqli olaraq, «Səbail»in ölkə kubokunda vəziyyəti xeyli yaxşıdır.

«Sabah»ı ¼ final mərhələsindən uzaqlaşdıran kollektiv yarımfinalda «Qəbələ»yə rəqib olub.

Diniyevin üzərinə düşən vəzifə finala vəsiqə qazanmaqdır. Hər halda yenicə əməkdaşlıq etməyə başladığı yönətim onlardan konkret olaraq bunu istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti