"Mənə səlahəiyyət və rahatlıq verdilər, 1-2 futbolçu ilə güclənərik, vəssalam"

31 Dekabr 2022 21:20 Səbail 740
"Mənə səlahəiyyət və rahatlıq verdilər, 1-2 futbolçu ilə güclənərik, vəssalam"

«Açıq deyim, rəhbərliklə görüş zamanı futbolçuların gedib-qalması, eləcə də heyətin güclənməsi ilə bağlı mənə imkan və səlahiyyət verildiyi bildirildi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in yeni baş məşqçisi Şahin Diniyev deyib.

Bugünlərdə Bayıl təmsilçisi ilə ilyarımlıq müqavilə imzalayan çalışdırıcı qeyd edib ki, qış fasiləsində komandadan gedən və gələnlər olacaq:

«Rəhbərlik mənə iş rahatlığı verib. Hətta bu gün komandanı legionerlə da gücləndirə bilərəm. Amma bu dəqiqə həssas məqamdır.

Qış fasiləsində istədiyin oyunçunu tapmaq çətindir. Üstəlik, qarşıda hazırlıq üçün cəmi iki həftə vaxtımız olacaq. Seçimdə yanılmaq istəmirəm.

Bu dəqiqə mənə iki mövqeyə futbolçu lazımdır. Ancaq cəlb etdiyim futbolçu nə dərəcədə uyğunlaşacaq, nə dərəcədə bizə kömək edəcək – bu, çətin sualdır.

Ona görə də qərara gəldim ki, böyük dəyişikliklərə getməyim. Ehtiyac duyarıqsa, 1-2 futbolçu ilə güclənərik, vəssalam».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"