AFFA-nın vəzifəli şəxsi gözünü bu kluba dikib – Prezident olmaq iddiasındadır

31 Dekabr 2022 17:00 Səbail 1 637
AFFA-nın vəzifəli şəxsi gözünü bu kluba dikib – Prezident olmaq iddiasındadır

AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov yeni iddiasını ortaya qoyub.

Məşqçi kimi uzun illər müxtəlif klublarda çalışmış və bu müddətdə 3 dəfə əsas milliinin baş məşqçisi olmuş, lakin bütün iş yerlərində uğursuzluq yaşamış «mütəxəssis» bu dəfə «Səbail»ə göz dikib.

O, Bayıl təmsilçisinin prezidenti postuna göz dikib.

Vaxtilə adı məşqçiyə yaraşmayan əməllərdə hallanmış Sadıqov «Səbail»də fəaliyyət göstərmək niyyətində olmasını AFFA rəhbərliyinə bildirib.

Bu ilin mayında FİFA-nın Paris ofisində vəzifə alan, eyni zamanda, AFFA-nı da de-fakto əlində saxlamağa davam edən Elxan Məmmədovdan bununla bağlı dəstək istəyib.

Axı sonuncunun «Səbail»in bir nömrəli şəxsi Rauf Əliyevlə gözəl münasibəti var. «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri ilə E.Məmmədovun atası Səlhab Məmmədov yaxın dostdur.

Vaqif Sadıqov artıq ilk adamını «Səbail»də yerləşdirib. Şahin Diniyev sırf onun təkidi və Elxan Məmmədovun vasitəsilə «dənizçilər»in sükanı arxasına keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti